---
description: Miles kart ilə alış-veriş et, mil topla və səyahətə çevir. Online mil kart sifarişi et və Birbank ilə üstünlüklərdən yararlan
title: Miles kart | Səyahət üçün mil topla – Birbank
image: https://kredit.birbank.az/assets/images/icons/favicon.png
---

## Kart sifarişi

[Ana səhifə](https://www.birbank.az/)[Kartlar](https://www.birbank.az/cards/all)

Birbank Miles Taksit

![Birbank Cashback](https://kredit.birbank.az/az/6cc954b2c570ee991112.png)

# Birbank Miles Taksit

Birbank Miles taksit kartı ilə ödəniş et, millər qazan və onları istənilən aviabiletə dəyiş.

Pulsuz

Ünvana çatdırılma

AZN

Valyuta

36 Ay

Kartın müddəti

Pulsuz

Kartın qiyməti

Ayda 30 000-dək

Səyahət milləri

#### Sifariş etmək üçün məlumatları doldur

000

Mobil nömrə

Davam etmək

Səyahət milləri

* İstər kartdakı şəxsi vəsaitindən, istərsə də kredit xəttindən birdəfəlik və taksit ödənişləri etdikdə səyahət milləri qazanacaqsan. Topladığın millərlə isə heç bir əlavə ödəniş etmədən istənilən aviaşirkətdən bilet əldə edə bilərsən.
* Ölkədaxili ödənişlər zamanı minimum 1 mil qazanmaq üçün 2 ₼, ödəniş etmək lazımdır. Ölkəxarici ödənişlərdə isə hər 1 ₼, 1 mil qazandıracaq. Partnyorlarımızda alış-verişlər daha çox mil qazanmaq imkanı yaradır. Qazandığın millər 2 il ərzində qüvvədə qalır və millərin dəyəri “65 mil = 1 ₼” qaydası ilə hesablanır.
* Bir ay ərzində ümumilikdə maksimum 30 000-dək səyahət mili qazana bilərsən. Bu kart ilə həm də “MasterCard Airport Experiences” və “Lounge Key” xidmətlərindən yararlanmaq fürsətin var.

Qalığa illik 2%-dək gəlir

* AZN valyutalı Birbank Miles taksit kartındakı vəsaitinin qalığına illik 2%, USD və EUR valyutalı kartlarla isə 0,1% gəlir qazana bilərsən. Qazandığın gəliri “1 ₼ = 65 mil” qaydası ilə millərə çevirərək hər ayın sonu mil balansına köçürəcəyik.
* AZN və USD valyutalı kartlarda 100 000 ₼-dan, EUR valyutalı kartlarda isə 50 000 ₼-dan çox məbləğlərə qalığa gəlir hesablanmır.

2 qat ƏDV

* Birbank Miles taksit kartı ilə QR-ödənişləri etdikdə balansına 2 qat ƏDV geri qayıdacaq. Bunun üçün aşağıdakı addımları tamamlamağın kifayətdir:  
\- Kassirə ödənişi QR-kod ilə edəcəyini bildir.  
\- Birbank tətbiqində əsas ekranın aşağı hissəsində yerləşən “QR” bölməsinə daxil ol.  
\- Ödəniş üçün Birbank Miles taksit kartını seç.  
\- QR-kodu skan edərək ödənişi tamamla.  
\- Ödəniş qəbzini Birbank tətbiqində skan et.
* İstər Birbank Miles taksit kartında olan şəxsi vəsaitindən, istərsə də sənə ayrılmış kredit xəttindən birdəfəlik ödənişlər etdiyin zaman geri qayıdacaq ƏDV məbləğinin 2 qatını əldə edəcəksən.
* 2 qat ƏDV məbləğinin şərtləri çox sadədir. Birinci qatı "ƏDV geri al" məhsul şərtlərinə uyğun olaraq heç bir limit olmadan, adi qaydada geri alırsan. İkinci qat üçün isə aylıq maksimal qazanc 20 ₼-dır.  
Nümunə: Tutaq ki, bu ay ümumilikdə 55 ₼ dəyərində ƏDV-ni geri qaytarmısan. Bu məbləğin 40 ₼-lıq hissəsini standart ƏDV (“ƏDV geri al” proqramı) ilə toplamısan. 15 ₼-lıq hissə isə 2 qat ƏDV-yə aiddir. Yəni 2 qat ƏDV limitinin aylıq 20 ₼ olduğunu nəzərə alsaq, bu limitə çatmağın üçün 5 ₼ qalır. Başqa sözlə, növbəti alış-veriş qəbzindən maksimum 5 ₼-lıq məbləğ 2 qat ƏDV olaraq hesablana bilər.

24 ayadək taksit, 63 günədək güzəşt müddəti

* Birbank Miles taksit kartının kredit xəttindən 2 cür istifadə etmək olar: taksitli və taksitsiz. Taksitli istifadə zamanı Birbank taksit partnyorlarında ödədiyin məbləği aylara bölüb, hissə-hissə qaytara bilərsən.
* Çoxsaylı partnyorlarımız 24 ayadək taksit imkanları təklif edir. Bəzi partnyorlarda taksit sayından asılı olaraq müəyyən komissiya tutula bilər.
* Taksitsiz istifadəyə isə kredit xəttindən başqa kartlara köçürdüyün, nağdlaşdırdığın, birdəfəlik ödədiyin, bir sözlə, taksitlərə bölmədən istifadə etdiyin məbləğlər daxildir.
* Kredit xəttindən edilən nağdlaşdırma, köçürmə və kredit ödənişlərinə görə 63 günədək güzəşt müddəti fərdi qaydada müəyyənləşdirilir.
* Kredit xətti üçün ayrıla biləcək maksimal məbləğ 20 000 ₼-dır. İstər Kapital Bank, istərsə də digər bankdan əməkhaqqı və ya təqaüd alırsansa, kredit xətti olan Birbank Miles taksit kartını əldə edə bilərsən.
* Müraciət etdikdə yaşın 18-dən çox, 67-dən az olmalıdır. Kredit xətti ayrılması üçün son iş yerində staj minimum 3 ay, ümumi iş stajı isə minimum 6 ay olması tələbi var. Təqaüdçülər üçün isə staj tələb olunmur. Kredit xətti maksimum 59 aylıq təyin oluna bilər.
* Kredit xəttindən taksitlərə bölünmədən istifadə olunmuş məbləğ üçün güzəşt müddəti başa çatdıqda aylıq 1,92%-dən 3.1%-dək kredit faizi hesablanacaq.
* Birbank Miles taksit kartı üzrə faktiki illik faiz dərəcəsi (FİFD) min. 25,25%, maks. 43,32%-dir.

Pulsuz çatdırılma

* Çatdırılma etdiyimiz ərazilərə hələ ki yalnız Bakı, Abşeron və Sumqayıt daxildir. Kartın sifarişi zamanı çatdırılma üçün əlavə ödənişə ehtiyac yoxdur. Sadəcə ünvanını qeyd et, “Wolt” ilə kartını pulsuz çatdıraq. Həmçinin sifariş zamanı sənə yaxın filialımızı seçməklə kartı oradan pulsuz götürə bilərsən.

Köçürmə və nağdlaşdırma

* Ay ərzində bütün Birbank kartlarındakı şəxsi vəsaitindən ümumilikdə 10 000 ₼-dək məbləği yerli bank kartlarına tam komissiyasız köçürə və bankımıza məxsus bankomatlarda nağdlaşdıra bilərsən.
* Ümumi məbləğ 10 000 ₼-ı keçərsə, bu əməliyyatlar üçün 1% (min. 1 AZN) komissiya hesablanacaq.
* Aylıq limit tərəfimizdən hər bir müştəriyə fərdi qaydada təyin olunur. Limit barədə ətraflı məlumat Birbank tətbiqində “Xərclər üzrə limit” bölməsində əldə edə bilərsən.
* Ölkə daxilində digər banklara məxsus bankomatlarda şəxsi vəsaitindən nağdlaşdırma etdikdə 1% (min. 2 AZN) komissiya tutulacaq. Yerli bank kartlarına şəxsi vəsaitdən pulsuz köçürmə Birbank tətbiqindən və Kapital Bank bankomatlarından mümkündür.
* Kartının kredit xəttindən nağdlaşdırma və köçürmə etdikdə kredit şərtlərinə uyğun olaraq 1%-dən 2%-dək (min. 1 ₼-dan 3 ₼-dək) komissiya tutulacaq.

Balansın artırılması

* Bankımıza məxsus “cash-in” tipli bankomatlarda şəxsi vəsaitini kartına komissiyasız və limitsiz yerləşdirə bilərsən. Filiallar, şöbələr və terminallar vasitəsilə isə ay ərzində 3000 ₼-dək şəxsi vəsaiti balansına komissiyasız artırmaq fürsətin var, 3000 ₼-dan əlavə artırılan məbləğə görə 0.5% komissiya tətbiq olunur.

Əlavə məlumatlar

* Birbank taksit kartının aylıq ödənişi (gecikdirilmiş borclar da daxil olmaqla) gün ərzində saat 19:00-dək edildikdə həmin gün ödənilmiş hesab olunur. Qeyd edilən vaxtdan sonra həyata keçirilən ödənişlər isə növbəti iş günü icra edilmiş sayılır (müqavilədə və ya bank tərəfindən digər qayda nəzərdə tutulmamışdırsa).

![icon](https://kredit.birbank.az/az/646061c2524bc7b8dc8b.svg)Kart üzrə xidmətlər

[Ətraflı](https://birbank.az/cards/services/pin-set)

![icon](https://kredit.birbank.az/az/7b0dffcfbf51c4fb7bf3.svg)Təhlükəsizlik qaydaları

[Ətraflı](https://birbank.az/cards/safety-rules)

![icon](https://kredit.birbank.az/az/672778ad39d4cae6e0de.svg)Tariflər

[Ətraflı](https://birbank.az/tariffs)

y>