---
description: Kredit kartı online sifariş et və dərhal limit əldə et. Birbank kredit kart ilə ödənişlərini hissə-hissə böl, bonus qazan və rahat istifadə et.
title: Kredit kartı onlayn sifariş et | Birbank
image: https://kredit.birbank.az/assets/images/icons/favicon.png
---

## Kart sifarişi

[Ana səhifə](https://www.birbank.az/)[Kartlar](https://www.birbank.az/cards/all)

Birbank Cashback Taksit

![Birbank Cashback](https://kredit.birbank.az/az/185b28223897ac61eb07.png)

# Birbank Cashback Taksit

Birbank Cashback taksit kartı sənə bol keşbek, partnyorlarda limitsiz bonus, 2 qat ƏDV, şəxsi vəsaitdən pulsuz köçürmə və nağdlaşdırma imkanı qazandıracaq.

Pulsuz

Ünvana çatdırılma

AZN

Valyuta

36 ay

Kartın müddəti

Pulsuz

Kartın qiyməti

Bol keşbek və ya limitsiz bonus, 2 qat ƏDV

Bonuslar

#### Sifariş etmək üçün məlumatları doldur

000

Mobil nömrə

Davam etmək

Bol keşbek və limitsiz bonus imkanı

* Hər ay təklif etdiyimiz keşbek və ya Bir Bonus kateqoriyaları arasından seçim etməklə ödənişlər zamanı keşbek və ya bonuslar qazana bilərsən.
* Birbank Cashback taksit kartınla seçdiyin keşbek kateqoriyaları üzrə ay ərzində ümumilikdə 50 ₼-dək keşbek əldə edə bilərsən. Bir Bonus kateqoriyalarını seçdikdə isə ay ərzində kateqoriya üzrə maksimum 100, partnyorlarımızda alış-verişlərdə isə limitsiz bonus qazanacaqsan.

2 qat ƏDV

* Birbank Cashback taksit kartı ilə QR-ödənişləri etdikdə balansına 2 qat ƏDV geri qayıdacaq. Bunun üçün aşağıdakı addımları tamamlamağın kifayətdir:  
\- Kassirə ödənişi QR-kod ilə edəcəyini bildir.  
\- Birbank tətbiqində əsas ekranın aşağı hissəsində yerləşən “QR” bölməsinə daxil ol.  
\- Ödəniş üçün Birbank Cashback taksit kartını seç.  
\- QR-kodu skan edərək ödənişi tamamla.  
\- Ödəniş qəbzini Birbank tətbiqində skan et.
* İstər Birbank Cashback taksit kartında olan şəxsi vəsaitindən, istərsə də sənə ayrılmış kredit xəttindən birdəfəlik ödənişlər etdiyin zaman geri qayıdacaq ƏDV məbləğinin 2 qatını əldə edəcəksən.
* 2 qat ƏDV məbləğinin şərtləri çox sadədir. Birinci qatı "ƏDV geri al" məhsul şərtlərinə uyğun olaraq heç bir limit olmadan, adi qaydada geri alırsan. İkinci qat üçün isə aylıq maksimal qazanc 20 ₼-dır..  
Nümunə: Tutaq ki, bu ay ümumilikdə 55 ₼ dəyərində ƏDV-ni geri qaytarmısan. Bu məbləğin 40 ₼-lıq hissəsini standart ƏDV (“ƏDV geri al” proqramı) ilə toplamısan. 15 ₼-lıq hissə isə 2 qat ƏDV-yə aiddir. Yəni 2 qat ƏDV limitinin aylıq 20 ₼ olduğunu nəzərə alsaq, bu limitə çatmağın üçün 5 ₼ qalır. Başqa sözlə, növbəti alış-veriş qəbzindən maksimum 5 ₼-lıq məbləğ 2 qat ƏDV olaraq hesablana bilər.

24 ayadək taksit, 63 günədək güzəşt müddəti

* Birbank Cashback taksit kartının kredit xəttindən 2 cür istifadə etmək olar: taksitli və taksitsiz. Taksitli istifadə zamanı Birbank taksit partnyorlarında ödədiyin məbləği aylara bölüb, hissə-hissə qaytara bilərsən.
* Çoxsaylı partnyorlarımız 24 ayadək taksit imkanları təklif edir. Bəzi partnyorlarda taksit sayından asılı olaraq müəyyən komissiya tutula bilər.
* Taksitsiz istifadəyə isə kredit xəttindən başqa kartlara köçürdüyün, nağdlaşdırdığın, birdəfəlik ödədiyin, bir sözlə, taksitlərə bölmədən istifadə etdiyin məbləğlər daxildir. Kredit xəttindən edilən nağdlaşdırma, köçürmə və kredit ödənişlərinə görə 63 günədək güzəşt müddəti fərdi qaydada müəyyənləşdirilir.
* Kredit xətti üçün ayrıla biləcək maksimal məbləğ 20 000 ₼-dır. İstər Kapital Bank, istərsə də digər bankdan əməkhaqqı və ya təqaüd alırsansa, kredit xətti olan Birbank Cashback taksit kartını əldə edə bilərsən.
* Müraciət etdikdə yaşın 18-dən çox, 67-dən az olmalıdır. Kredit xətti ayrılması üçün son iş yerində staj minimum 3 ay, ümumi iş stajı isə minimum 6 ay olması tələbi var. Təqaüdçülər üçün isə staj tələb olunmur. Kredit xətti maksimum 59 aylıq təyin oluna bilər.
* Kredit xəttindən taksitlərə bölünmədən istifadə olunmuş məbləğ üçün güzəşt müddəti başa çatdıqda aylıq 1,92%-dən 3.1%-dək kredit faizi hesablanacaq.
* Birbank Cashback taksit kartı üzrə faktiki illik faiz dərəcəsi (FİFD) min. 25,25%, maks. 43,32%-dir.

Pulsuz çatdırılma

* Çatdırılma etdiyimiz ərazilərə hələ ki yalnız Bakı, Abşeron və Sumqayıt daxildir. Kartın sifarişi zamanı çatdırılma üçün əlavə ödənişə ehtiyac yoxdur. Sadəcə ünvanını qeyd et, “Wolt” ilə kartını pulsuz çatdıraq. Həmçinin sifariş zamanı sənə yaxın filialımızı seçməklə kartı oradan pulsuz götürə bilərsən.

Köçürmə və nağdlaşdırma

* Ay ərzində bütün Birbank kartlarındakı şəxsi vəsaitindən ümumilikdə 10 000 ₼-dək məbləği yerli bank kartlarına tam komissiyasız köçürə və bankımıza məxsus bankomatlarda nağdlaşdıra bilərsən.
* Ümumi məbləğ 10 000 ₼-ı keçərsə, bu əməliyyatlar üçün 1% (min. 1 AZN) komissiya hesablanacaq.
* Aylıq limit tərəfimizdən hər bir müştəriyə fərdi qaydada təyin olunur. Limit barədə ətraflı məlumat Birbank tətbiqində “Xərclər üzrə limit” bölməsində əldə edə bilərsən.
* Ölkə daxilində digər banklara məxsus bankomatlarda şəxsi vəsaitindən nağdlaşdırma etdikdə 1% (min. 2 AZN) komissiya tutulacaq. Yerli bank kartlarına şəxsi vəsaitdən pulsuz köçürmə Birbank tətbiqindən və Kapital Bank bankomatlarından mümkündür.
* Kartının kredit xəttindən nağdlaşdırma və köçürmə etdikdə kredit şərtlərinə uyğun olaraq 1%-dən 2%-dək (min. 1 ₼-dan 3 ₼-dək) komissiya tutulacaq.

Balansın artırılması

* Bankımıza məxsus “cash-in” tipli bankomatlarda şəxsi vəsaitini kartına komissiyasız və limitsiz yerləşdirə bilərsən. Filiallar, şöbələr və terminallar vasitəsilə isə ay ərzində 3000 ₼-dək şəxsi vəsaiti balansına komissiyasız artırmaq fürsətin var, 3000 ₼-dan əlavə artırılan məbləğə görə 0.5% komissiya tətbiq olunur.

Əlavə məlumatlar

* Birbank taksit kartının aylıq ödənişi (gecikdirilmiş borclar da daxil olmaqla) gün ərzində saat 19:00-dək edildikdə həmin gün ödənilmiş hesab olunur.
* Birbank taksit kartı üzrə güzəşt müddəti ödənişi isə hər ayın son günü  
\- iş günü olduqda: gün ərzində saat 19:00-dək  
\- qeyri-iş günü olduqda: növbəti iş günü saat 19:00-dək edilə bilər. Qeyd edilən vaxtlardan sonra həyata keçirilən ödənişlər növbəti iş günü icra edilmiş sayılır (müqavilədə və ya bank tərəfindən digər qayda nəzərdə tutulmamışdırsa).

![icon](https://kredit.birbank.az/az/646061c2524bc7b8dc8b.svg)Kart üzrə xidmətlər

[Ətraflı](https://birbank.az/cards/services/pin-set)

![icon](https://kredit.birbank.az/az/7b0dffcfbf51c4fb7bf3.svg)Təhlükəsizlik qaydaları

[Ətraflı](https://birbank.az/cards/safety-rules)

![icon](https://kredit.birbank.az/az/672778ad39d4cae6e0de.svg)Tariflər

[Ətraflı](https://birbank.az/tariffs)

dy>